“Himal Holding”in rəhbəri Hacı Ələsgərov, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Diaspor Gənclərinin IV Yay Düşərgəsi”nin bağlanış mərasimində iştirak edib.
Düşərgənin işində fəal iştirakı və göstərdiyi dəstəyə görə Hacı Ələsgərov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən təltif edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, digər rəsmi şəxslər və dünyanın 53 ölkəsindən olan 100-dən artıq gənc iştirak edib.