“Himal Holding” in rəhbəri Hacı Ələsgərov, Iğdır Bələdiyyəsinin sədri Mustafa Güzelkaya və “Mertcan Nəqliyyat” şirkətinin rəhbəri Tuncay Turanla görüşüb. İşgüzar görüş zamanı Himal Holdinglə Türkiyə, eləcə də Iğdır şirkətləri arasında sərhəd ticarəti ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
Görüşdə nəqliyyat, logistika, tekstil, qida laboratoriyası, mineral su satışları və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Qonaqlar qarşılıqlı əməkdaşlıq imkanları, həyata keçirilən layihələr, ticarət dövriyyəsinin artırılması sahəsində görülən işlərdən məmnunluqlarını ifadə edib.